!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Piramidanın altında göl tapıldı

!Reklam – Yazi

38654Meksikada qədim mayalıların şəhəri olan Çiçen-İtsada arxeoloqlar Kukulkana piramidasının altından yeraltı göl tapıb.

“Fox News” agentliyi xəbər verir ki, bu məlumatı Meksika Milli Geofizika İnstutunun alimləri keçirdikləri mətbuat konfransı zamanı bildiriblər.

Yeraltı göl piramidanın özülündən 20 metr aşağıda yerləşir. Özülün dörd küncündən biri gölün üzərinə düşdüyü üçün piramidanın uçma təhlükəsi var.

Kukulkana piramidası IX-XII əsirlər arası əsasən sitayiş məqsədi ilə tikilib. Burada insanların ürəkləri köksündən çıxarılaraq tanrılara qurban verilirdi.

Bundan əlavə, piramidadan təqvim kimi də istifadə olunurdu.1988-ci ildən qədim şəhər YUNESKO-nun ümumdünya irsi siyahısına salınıb. Hər il milyonlarla turist buranı ziyarət edir.

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv