Pirotexnika anbarında partlayış: 7 ölü, 8 yaralı

Meksikada pirotexniki vasitələrin saxlanıldığı anbarda partlayış baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Tultepek şəhərində qeydə alınıb.

Partlayış zamanı 7 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Partlayış yaxınlıqdakı 23 evə və 12 avtomobilə ziyan vurub. Hazırda hadisə yerində dağıntıların təmizlənməsi davam etdirilir.

Partlayışın səbəbi hələ məlum deyil.