Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Yenicag.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
***
13:54
Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.