Pişiyi tutmaq üçün xüsusi əməliyyat keçirildi

ABŞ-dan Çinə uçan bir sərnişinin aeroportda pişiyini itirməsi Nyu-York polisinin xüsusi əməliyyat keçirməsinə səbəb olub.

Yenicag.az xəbər verir ki, hadisə Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanında baş verib. “Pepper” adlı pişiyi həmin gün tapmaq mümkün olmadığından, sahibi Çinə onsuz uçub.

Aeroport polisi pişiyi axtarıb tutmaq üçün 1 həftədən çox vaxt sərf edib. Onlar yalnız “xüsusi əməliyyat” keçirdikdən sonra pişiyi tutub sahibinə qaytara biliblər.

COP29