!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pişiyin dişlədiyi kişi öldü

!Reklam – Yazi

İstirahət üçün xarici ölkəyə səfər edən şəxs ilginc səbəbdən dünyasını dəyişib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, tətil üçün Mərakeşə yollanan Böyük Britaniya vətəndaşı pişik dişləməsindən quduzluğa yoluxaraq vəfat edib.

Bu barədə məlumatı açıqlayan Böyük Britaniyanın İctimai Səhiyyə Xidməti xaricə gedən vətəndaşları müxtəlif xəstəliklərin daşıyıcıları ola biləcək heyvanlarla təmasdan çəkinməyə çağırıb.

Maraqlıdır ki, Britaniyada ev heyvanları və yırtıcılar arasında quduzluq halları qeydə alınmasa da, yeni əsrdə 5 vətəndaş adıçəkilən xəstəliyə yoluxub. Onların hamısı sözügedən xəstəliyə xarici ölkələrdə tutulub.

Britaniya hökumətinin xəbərdarlığına əsasən, Şimali Afrikada yerləşən Mərakeş, Əlcəzair, Tunis və digər ölkələrdə quduzluğa yoluxmaq riski çox yüksəkdir.

www.yenicag.az

3696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv