!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Pivə cinsi əlaqəyə marağı azaldır” - Narkoloqdan AÇIQLAMA

!Reklam – Yazi

Narkoloq və psixiatr Yelena Semenova pivə içməyin zərərləri haqqında açıqlama verib.

Yenicag.az xəbər verir ki, o, açıqlamasında gənc yaşda pivə və digər alkoqollu içkilərdən müntəzəm istifadənin libidonun azalmasına və bir sıra digər təhlükəli sağlamlıq problemlərinin yaranmasına səbəb olacağını bildirib:

“Pivə də daxil olmaqla istənilən spirtli içkilərin tərkibində olan etil spirti mərkəzi sinir sisteminə mənfi təsir göstərir. İki ay ərzində 100 qram araq və ya iki butulka pivə içmək 5,5 milyon sinir hüceyrəsini öldürür.

Həftədə iki dəfə yarım litr pivə içən gənclərdə sinir sistemi bərpa oluna bilsə də, beyin üçün mənfi təsirləri çoxdur.

Pivə gənclərdə əsəb sisteminə mənfi təsir etməklə yanaşı, cinsi əlaqəyə marağın zəifləməsinə, həmçinin reproduktiv funksiyaya da təsir edir.

Əlavə olaraq, kişi orqanizminin ən məhsuldar toxuması olan spermatogen toxumanın zədələnməsinə zəmin yaradır.

Pivəyə digər içki qatqılarının əlavə edilməsi olduqca geniş yayılmış haldır.

Bu ciddi zəhərlənmələrə, hətta ölümə də səbəb ola bilər”.

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv