Pivə zavodunda partlayış oldu – 2 nəfər öldü

Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində pivə zavodunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Hadisə noyabrın 28-də səhər saatlarında qeydə alınıb. Yanğından sonra patlayış baş verib.

Əraziyə 30 nəfər yanğın söndürən və 10 texnika cəlb olunub.

Partlayışın səbəbi araşdırılır.