Piyada avtomobilin altında qaldı – Sabunçuda

Mayın 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İman İmanov vurulub.

Yenicag.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Sabunçu Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır.