Piyada əleyhinə mina və raket tapıldı – Ağcabədidə

2018-ci il 28 aprel tarixində saat 18:50-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyatçıları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayının qurumuş yatağına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 1 ədəd raket (PQ-7) aşkar olunmuşdur. Aşkar olunmuş mina və raketin daşınmasının təhlükəli, havanın isə qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş obyektlər və ərazi mühafizə üçün işarələnərək Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Əməliyyat axtarış tədbirləri 2018-ci ilin 29 aprel tarixində səhər saatlarından davam etdirilib, əməliyyat zərurəti ilə əlaqədar olaraq əlavə işçi qüvvəsi cəlb olunub, yuxarıda qeyd olunmuş obyektlərdən başqa daha 1 ədəd PQ-7 raketinin motor hissəsi aşkar olunub. Aşkar olunmuş 2 ədəd raket və 1 ədəd piyada əleyhinə mina partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Aşkar olunmuş mina və raketlərin ətrafında 10 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

COP29