!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Piyada iki maşının arasında qalaraq xəsarət alıb - Mingəçevirdə

!Reklam – Yazi

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində piyadalar üçün müəyyən olunmamış yerdən yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub.

Piyada “Toyota” və “VAZ-2112” markalı maşınların arasında qalaraq əzilib. Ağır xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, yaralının ayağı sınıb, başından və bədəninin digər hissələrindən xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv