Piyada səkisi ödənişli parkinqə çevrilib? – VİDEO

Xırdalan şəhəri, Hikmət Aslanov küçəsində “Şərur MTK” tərəfindən inşa olunan “Jasmine Park” kompleksində piyada səkilərinin ödənişli parkinqə çevrildiyi deyilir.

Bu şikayətlə Yenicag.az-a həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib.

Onların sözlərinə görə, “Şərur MTK” binanın arxa tərəfində ümumi istifadədə olan səkini ödənişli parkinq yerinə çevirib: “İnşaat şirkətinin yaratdığı dayanacaqda birgünlük parkinqin qiyməti 1 manatdır. Etirazımızı bildirdikdə isə deyirlər ki, gedin kimə istəyirsiniz, şikayət edin”.

Məsələ ilə bağlı “Şərur MTK”dan “Bakupost”a verilən açıqlamada bildirilib ki, adıçəkilən ərazi sakinlərin istifadəsi üçün nəzərdə tutulub: “Həmin ərazi bərbad vəziyyətdə idi. Orada sadəcə abadlıq işləri aparılıb. Ərazi sakinlərin istifadə etməsi üçün nəzərdə tutulub. Orada heç bir ödənişdən söhbət gedə bilməz. Maneələrə gəlincə, orda çalışanlardan biri bilmədən bunu edib və artıq dəmir maneələrin aradan qaldırılması üçün tədbirlər görülür”.

COP29