Piyadanı maşın vuraraq öldürdü – Mingəçevirdə

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Sənaye parkı yaxınlığında qeydə alınıb.

“Lifan” markalı minik maşınının vurduğu piyada dünyasını dəyişib. Hazırda onun cinsi və şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.