Piyadanı vuraraq öldürən sürücü saxlanıldı – Ağdaşda

Bakı-Qazax avtomobil yolunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon Ləki kənd ərazisindən keçən hissəsində 50-55 yaşlı kişi piyada, Gürcüstan respublikası Marneuli şəhər Aşağı Karal kənd sakini, 1982-ci il təvəllüdlü Samir Xudayar oğlu Rəhimovun idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü isə polis tərəfindən saxlanılıb. Hazırda ölən piyadanın kimliyi araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

COP29