Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Şorsulu kənd sakini Muxtarov Saləddin Hüseyn oğlu kənd ərazisində yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyadanı sürücünün özü Salyan Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.