Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 3-də saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində “Porche” markalı avtomobillə yolu keçən Xəyalə Məmmədova vurulub.
Sürücü avtomobillə hadisə yerindən qaçıb.
Xəstəxanaya yerləşdirilən X.Məmmədova orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Yeniçağ.Az