PKK 2 əsgərin həyatına son qoydu

30483aeceb0cTürkiyədə PKK silahlılarının törətdiyi partlayış iki əsgərin həyatına son qoydu.

Yenicag.az xəbər verir ki, Türkiyənin cənub-şərqində, Hakkari vilayəti ərazisində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 əsgər şəhid olub, 3-ü isə yaralanıb.

Hadisə Hakkarinin Şemdinli rayonunun Təkəli kəndi yaxınlığında baş verib. İçərisində əsgərlər olan Hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb. Nəticədə 2 əsgər həlak olub, 3-ü yaralanıb.
Yararlılar dərhal Şemdilli Dövlət Xəstəxanasına çatdırılıblar.

Hal-hazırda həmin ərazilərdə terrorçulara qarşı əməliyyat başlayıb.