!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK ABŞ-ın dəstəyilə qondarma ordu qurur

!Reklam – Yazi

Suriyanın dörddə birini işğal edən PKK/PYD ABŞ-ın dəstəyilə qondarma ordu qurmağa hazırlaşır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hökuməti Suriyanın şərqindəki Rakka və Deyrizor əməliyyatlarında İŞİD-in məğlub edilməsinə baxmayaraq, PYD/PKK-ya dəstək verməyə davam edir. ABŞ Mərkəzi Qüvvələrinin komandiri Cozef Votel 22 dekabr 2017-ci ildə verdiyi açıqlamada Suriya sərhədlərini qorumaq üçün yeni bir ordunun yaradılacağını elan etmişdi. Bu ildən etibarən isə ABŞ Müdafiə Nazirliyi PKK terror təşkilatına verdiyi texniki dəstəyi daha da artıraraq, qondarma ordu qurmağı planlaşdırır. “Sərhəd mühafizəçiləri” adı verilmiş qondarma ordu Aynularab (Kobani), Təl Abyad, Rəsulayn və Malikiyə bölgələrinə yerləşdirilir.

Qeyd edək ki, bu ərazilər Türkiyə sərhədinə yaxın bölgələrdir. Beləliklə, Pentaqon birbaşa strateji müttəfiqi olan Türkiyəni təhlükəyə atır.

www.yenicag.az

1610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv