PKK Avropadan 25 milyon avro xərac toplayıb

Almaniyanın daxili kəşfiyyat orqanları PKK terror təşkilatının bir il ərzində topladığı vəsait barədə araşdırma aparıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələri illik kəşfiyyat hesabatında yayımlanıb. Məlum olub ki, PKK son 10 il ərzində vəsaitini 3 qat artıraraq ötən il rekorda imza atıb. Belə ki, terror təşkilatı Avropadan ümumilikdə 25 milyon avro xərac toplayıb ki, bunun da 14 milyon avrosu Almaniyanın payına düşür.

Həmin hesabatda həmçinin qeyd olunub ki, Avropa ölkələri arasında PKK tərəfdarları ən çox Almaniyada toplaşıb. 2017-ci ildə onların sayı 14 min 500-ə çatıb.

Qeyd edək ki, bir müddət əvvəl Almaniya PYD/YPG-nin PKK-nın qolu olduğunu da qəbul edib.