PKK bir ailəni yox etdi

459856PKK terror təşkilatı Diyarbəkirdə bir ailədən 5 nəfəri öldürüb.

Terrorçuların bombalı maşınla təşkil etdikləri hücum nəticəsində ana, iki qızı və iki nəvəsi həlak olub. Ailənin digər iki üzvü – Necati Yıldırım və Məhməd Aydın isə ağır yaralarla xəstəxanaya yerləşdirilib.

Həyatını itirənlərin Bəhiyə Yıldırım (52 yaş), Dərya Yıldırım (23 yaş), Dəmət Yıldırım (31 yaş), Oğuz Kaan (8 yaş) və Ceylinaz (3 yaş) olduğu bildirilir.