PKK-çıların növbəti hücumu: 43 ölü

PKK terrorçuları Türkiyənin Bitlis vilayətində jandarma məntəqəsinə hücum edib.

AzVision.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri Bitlis-Diyarbakır yolunda yerləşən məntəqəni iriçaplı silahlardan atəşə tutub.

Terrorçularla atışma zamanı 1 polis əməkdaşı yaralanıb.

Bundan başqa PKK terrorçuları Hakkari vilayətində ərazini yoxlayan əsgərlərə hücum edib. Nəticədə 8 hərbçi şəhid olub. Türkiyə ordusunun cavab əməliyyatı zamanı isə 35 PKK-çı öldürülüb.