!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK-Əsəd “kombinasiyası”: YPG əlindəki kəndləri rejim qüvvələrinə verir

!Reklam – Yazi

Terrorçu PKK-nın Suriya qolu olan YPG Azad Suriya Ordusu (ASO) ilə cəbhə xəttində yerləşən kəndləri Bəşər Əsəd qüvvələrinin ələ keçirtməsinə şərait yaradır.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, YPG ilə Əsəd rejimi arasında olan bu sövdələşməyə münasibət bildirən xarici işlər naziri Mövlud Çavuşoğlu “YPG Menbicdən çıxmayacağı təqdirdə, vuracağımızı söylədik” mövqeyinin qüvvədə olduğunu deyib.

Suriyanın PYD-YPG terror şəbəkəsinin nəzarətində olan ərazilərdə yaradılmış “Menbic hərbi məclisi” adlanan qurum ASO ilə təmas xəttində yerləşən kəndlərin Əsəd qüvvələrinin nəzarətinə verilməsini təsdiqləyib və bu addımın “əldə olunmuş razılıq əsasında atıldığını” bildirib.

Bu arada isə qeyd olunan bölgədə müxtəlif silahlı qruplaşmalar arasında toqquşmalar davam etməkdədir. Məlumata görə, Türkiyə ordusunun dəstək verdiyi ASO Menbicin qərbində və cənub-qərbində mövqe tutan “Demokratik Suriya Qüvvələri”nin nəzarətindəki Gorhiko, Holaş, Xalid kəndləri istiqamətində hücuma keçib. Menbicin qərbindəki Erimah qəsəbəsi ətrafında gedən döyüşlər zamanı türk ordusu ASO-ya havadan dəstək verib.

Hadisələrin bu yöndə inkişafı İran, Əsəd rejimi və terrorçu PKK-nın Türkiyənin Suriyadakı fəaliyyətini iflic etmək yönündə anlaşdıqlarına dair bir neçə gün əvvəl yayılmış məlumatların doğruluğunu təsdiqləyir. Qeyd edək ki, vurğulanan məlumatlarda Əsəd rejimi və İranın Türkiyənin Suriyada davam etdirdiyi “Fərat qalxanı” əməliyyatının uğurundan narahat olduqları bildirilirdi. Əl-Bab şəhərinin İŞİD-dən azad edilməsindən sonra narahatlıqları daha da artan Tehran və Dəməşq rejimləri “Fərat qalxanı”nın Menbic və Rakkaya qədər “genişlənməsini” önləmək üçün PKK-nı da özlərinin antiTürkiyə planlarına cəlb ediblər. Türkiyənin və Ankaranın dəstəklədiyi ASO-nun davamlı hərbi uğurları İran-Əsəd-PKK triosunu hətta barışmaz düşmənləri olan İŞİD-i müdafiə etmək məcburiyyətində qoyub. O da qeyd olunmalıdır ki, bu “kombinasiya” çərçivəsində İŞİD də YPG-nin taktikasını təkrarlayaraq, nəzarətindəki 30-a yaxın kəndi Əsəd qüvvələrinə təhvil verib. Həmin kəndlərdən çıxan İŞİD qüvvələri isə Rakkada yerləşdirilərək, şəhərin gözlənilən hücumdan müdafiəsinə cəlb ediliblər.

Lakin bu gedişat Türkiyənin də diqqətindədir və Ankara İran-Əsəd-PKK ittifaqının yaratmağa çalışdığı maneələri dağıtmaqda qətiyyətlidir. Ankaranın bu mövqeyini Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ən qəti şəkildə bütün dünyaya bəyan edib.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv