PKK etiraf etdi: Ən güclü dəstəyi ingilislər verir

PKK terror təşkilatının sıralarına Avropa ölkələrindən çox sayda insan qatılır.

Yenicag.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə PKK-nın Suriya qolu olan PYD\YPG-nin sözçüsü Redur Xəlil məlumat verib. O, ABŞ, İngiltərə və Almaniya vətəndaşlarının Türkiyə əleyhinə fəaliyyət göstərmək üçün PYD-yə qoşulduğunu bildirib. Sözçü həmçinin əlavə edib ki, terror təşkilatına xaricdən ən güclü dəstəyi ingilislər verir.

Qeyd edək ki, bu vəziyyət xüsusilə İngiltərə hökuməti üçün problem yarada bilər. Çünki Türkiyə NATO-nun daimi üzvüdür.