!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK hücumu nəticəsində türk kapitanı şəhid oldu

!Reklam – Yazi

66205Türkiyədə PKK terrorçularının hücumü nəticəsində türk ordusunun kapitanı şəhid olub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Türkiyənin cənub-şərqində, Şırnak vilayətinin Beytüşşebap rayonu ərazisindəki jandarma məntəqəsi PKK terrorçularının hücumuna məruz qalıb.

Terrorçular jandarmaları iri çaplı silahlar və qumbaraatanlarla atəşə tutublar. Nəticədə kapitan Əli Alkan həlak olub, 4 əsgər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin normal olduğu deyilir.

Bölgədə terrorçulara qarşı əməliyyat başlayıb.

Şəhidin valideynlərinin evinin yerləşdiyi prospektin girişində Türk bayrağı asılıb. Şəhid Alkan 8 qardaşdan ən kiçiyi olduğu, iki ildir qulluq etdiyi Şırnaktan bir il əvvəl Osmaniyəyə gəldiyi məlum olub.

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv