Suriyada vətəndaş müharibəsinin yeddinci ilində ölkənin 37%-i İŞİD və PKK-nın işğalı altındadır.
Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, PKK\PYD ABŞ-ın dəstəyi ilə son 5 ayda işğal ərazisini 2% genişləndirib.
“Fərat Qalxanı” əməliyyatında ölkənin şərqi İŞİD və PKK-dan təmizlənmişdi. Lakin son 5 ayda PYD 2 min kvadrat kilometrlik əraziyə nəzarəti öz əlinə keçirib. Həmçinin Suriya-Türkiyə sərhədinin 65%-i də terror təşkilatının kontrolu altındadır.
Qeyd edək ki, İŞİD isə 27 min kvadrat kilometrlik əraziyə – yəni ölkənin 14%-nə nəzarət edir.