PKK-nın beli qırılır: İnsanlar artıq “dağa çıxmırlar”

PKK terror şəbəkəsinə qatılanların sayında ciddi azalma müşahidə edilir.

Yenicag.az xəbər verir ki, Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bu barədə danışıb.

Nazir Türkiyədə terrorun kökünü kəsəcəklərini bildirərək PKK-ya qatılanların sayını açıqlayıb.

“İldə 5 min 500 nəfərin qatıldığı terror şəbəkəsi PKK-yə ötən il 53, cari ilin bu gününədək isə 39 nəfər qatılıb”, – deyə nazir bildirib.