Türkiyədə Jandarm Qüvvələri antiterror əməliyyatı keçirib.
Yenicag.az xəbər verir ki, əməliyyat Şırnak vilayətinin jandarm komandanlığı tərəfindən həyata keçirilib.
Vilayətin Güçlükonak rayonu ərazisində keçirilən əməliyyat zamanı 3 PKK terrorçusu məhv edilib. Onlardan ikisi təhlükəlilik dərəcəsinə görə “boz siyahı”ya salınan terrorçular olub.
Bundan başqa, Bermal Zilan kod adı ilə fəaliyyət göstərən PKK-nın Qabar bölgəsi üzrə “məsul şəxsi” Mihriban Sekmen sağ olaraq ələ keçirilib. Onun bölgədəki terror aktlarında aktiv iştirak etdiyi barədə məlumatların olduğu bildirilib.
Əməliyyat zamanı terrorçu saxlanılıb və araşdırmalardan sonra barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib./Yenisabah.az/