Türkiyədə PKK terror təşkilatının bir nömrəli terrorçusunun öldürülməsi məlum olub.
Yenicag.az xəbər verir ki, PKK-nın “Yılmaz” ləqəbli terrorçusu İsmail Sürgeç 10 noyabrda öldürülərək zərərsizləşdirilib.
İ.Sürgeç PKK-nın “Dersim əyalətinin “komandiri” olub və Tuncelidə axtarışı üçün başına 10 milyon Türk lirası qoyulub.
O, bir çox terror hücumlarına rəhbərlik etməklə və PKK-dan qaçanları öldürməklə tanınıb.