PKK-nın qaçırdığı qız təslim oldu – Foto

HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyası keçirən analardan biri olan Hüsniyyə Kaya övladına qovuşub. Övladı üçün etiraz aksiyası keçirən Hüsniyyə Kaya qızının təslim olduğunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soyludan öyrənib.

Yenicag.az xəbər verir ki, 5 il əvvəl 14 yaşındaykən PKK terror təşkilatı tərəfindən qaçırılaraq Suriyaya aparılan Mekiye Kaya, 21 dekabr tarixində PKK-dan qaçaraq Ərbildə yerləşən İraq Kürd Regional Muxtariyyətinə tabe olan təhlükəsizlik qüvvələrinə təslim olub. Mekiye Kaya aparılan danışıqlardan sonra Şırnak əyalətinin Silopi şəhərinə gətirilib.

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu, Mekiyenin anası Hüsniyyə Kaya ilə əlaqə saxlayaraq qızının Türkiyəyə gətirildiyini və gündüz saatlarında ailəsinə təhvil veriləcəyini söyləyib.

Daxili İşlər Nazir Süleyman Soylunun verdiyi müjdəli xəbəri eşidən Hüsniyyə Kaya ana, “5 ildir nə gecəmiz var nə də gündüzümüz. Allah dövlətimizdən razı olsun. Prezidentimiz Rəcəb Tayyib Ərdoğana, Daxili İşlər Nazirimiz Süleyman Soyluya və əməyi keçən hər kəsə təşəkkür edirəm. Evimizdə bayram havası var, qızımı görmək istəyirəm. Dövlətimiz güclüdür, Allah razı olsun”, – deyə bildirib.

HDP Diyarbəkir təşkilatının binası qarşısında 3 sentyabr tarixindən başlayan və hələ də davam edən etiraz aksiyasının 117-ci günündə daha bir ailə övladına qovuşub./Azadinform/

COP29