PKK-nın “qara qutusu” evində öldürüldü – FOTO

Əsəd rejimi və Rakkadakı ərəb qəbilələri (aşirət) ilə PKK/PYD arasında danışıqlar aparan Ömər Alluş evində güllələnib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, PKK-nın “qara qutuları”ndan biri kimi tanınan Alluş Təl-Əbyaddakı evində səsboğan silahla öldürülüb.

Ömər Alluş Afrində TSK və ASO-ya qarşı döyüşən PKK-ya dəstək toplamaq məqsədilə Əsəd rejimi və ərəb qəbilələri ilə tez-tez danışıqlar aparırdı. Terrorçu bu işdə uğur əldə edə bilməsə də “Suriya Müstakbel” adlı siyasi partiya yaratmağa hazırlaşıb. İddialara görə, buna görə onun PKK ilə anlaşılmazlığı yaranıb. Terror təşkilatı daxilində meydana gələn bu çəkişmənin nəticəsi olaraq Ömər Alluş aradan götürülüb.