Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi “Twitter” hesabında BMT İnsan Haqları Şurasının “Uşaqlarımın xəyallarını yox etdilər: Suriyadakı uşaq hüquqları” adı ilə dərc edilən hesabatıpaylaşılıb.
Yenicag.az xəbər verir ki, paylaşımda bir çox beynəlxalq qurum və təşkilatların son illərdə hazırladığı hesabatlarında PKK/PYD və YPG terror təşkilatlarının uşaqları istismar etdiyinə dair məlumatlara da yer verilib.
BMT İnsan Haqları Şurası tərəfindən 16 yanvar 2020-ci il tarixində “Uşaqlarımın xəyallarını yox etdilər: Suriyadakı uşaq hüquqları” adlı dərc edilən hesabatda PKK/YPG-nin təşkilata qız və oğlanları qəbul edərək onları Hələb, Haseke, Ayn əl-Ərəb və Rakka şəhərlərində döyüşməyə məcbur edildiyi, BMT-nin 2019-cu ildə yaydığı başqa bir hesabatda isə YPG/PYD terror təşkilatı tərəfindən 2013-2018-ci illərdə 380-dən çox uşağı təşkilata qəbul etdiyi bildirilib.
ABŞ-ın insan alveri hesabatında PYD/YPG-in 15 yaşına çatmamış uşaqları terror təşkilatının üzvü kimi istifadə edərək təlim düşərgələrinə cəlb etdiyi qeyd edilib.
Human Rights Watch təşkilatının hesabatında PYD/YPG terror təşkilatı tərəfindən 15 yaşına çatmamış uşaqların terror təşkilatına üzv edildiyi və onları döyüşlərə cəlb edildiyi vurğulanır. İnsan Haqları təşkilatının yaydığı digər hesabatında isə PYD/YPG tərəfindən Şırnak vilayətinin Cizrə mahalında uşaqların istismar edildiyi qeyd olunub.
BMT-nin Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının hesabatında PKK/YPG terror təşkilatı tərəfindən 12 yaşlı uşaqların Afrin və Haseke şəhərlərində terror təşkilatına cəlb edildiyi qeyd edilib.
Almaniyada yerləşən Alman Kürd Araşdırmaları Mərkəzinin hesabatında PYD/YPG terror təşkilatı tərəfindən insanların zorla silahlandırıldığı və 12 yaşına çatmayan uşaqların da bənzər işlərə məruz qaldığı qeyd olunub.
BMT İnsan Haqları Şurasının hesabatında həmçinin yerli orqanların Türkiyənin müvafiq orqanlarının dəstəyi ilə Afrin, Əl Bab və Cerablusdakı Türk məktəblərində tədris planının həyata keçirilməsinin dəstəkləndiyi ifadə olunub.