PKK-nın “xüsusi təyinatlı zabiti” zərərsizləşdirildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK/KCK terror təşkilatına qarşı mübarizədə növbəti xüsusi əməliyyat həyata keçirib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.

Qeyd olunub ki, PKK/KCK-nın “xüsusi təyinatlı zabiti” Müslüm Ürper İraqın Qara bölgəsində zərərsizləşdirilib.