Fransanın Marsel bölgəsində bir qrup PKK tərəfdarı türk vətəndaşlarına hücum çəkib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, terror müdafiəçiləri Marseldə keçirtdikləri yürüş zamanı qeyri-qanuni davranışlara yol veriblər. Hadisə nəticəsində 4 türk vətəndaşı yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Şahidlər insidentin yaranmasında Fransa polisinin də günahkar olduğunu qeyd ediblər. Belə ki, aksiya başlayandan sona polis müşayiəti ilə keçirilsə də, onlar hücumun qarşısını almağa cəhd göstərməyiblər.
Qeyd edək ki, bir neçə gün əvvəl də Fransanın Strasburq şəhərində PKK tərəfdarlarının aksiya keçirəcəyi barədə şəhər meriyasının yaydığı bəyanat türklər tərəfindən etirazla qarşılanmışdı. Çünki yayımlanan məlumatda terror təşkilatının rəhbərinə dəstək ifadə olunan sözlərə yer verilmişdi:
“Kürd lider Öcalanın azadlığa buraxılması üçün şəhərimizdə aksiya keçiriləcək. Bu səbəbdən bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”.