PKK tərəfdarları türklərə hücum etdi

Belçikanın Anvers şəhərində nümayiş keçirən PKK tərəfdarları türklərə hücum edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, PKK lideri Abdullah Öcalanın şəkillərinin asıldığı avtobus türklərin yaşadığı məhəlləyə daxil olub. Terror təşkilatının tərəfdarları aksiya zamanı türklərə hücum çəkiblər. Hadisə nəticəsində biri polis olmaqla 8 nəfər yaralanıb. 50 nəfər aksiyaçı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, PKK tez-tez Belçikada icazəli aksiyalar keçirir.

COP29