Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında, PKK terror təşkilatının əsas bazalarının yerləşdiyi Kandil dağında yeni hərbi əməliyyatlara başlayıb.
Yenicag.az-ın məlumatına görə, bunu Niğde şəhərində seçkiqabağı təşviqat kampaniyası çərçivəsində keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri 20 qırıcıdan istifadə etməklə PKK terrorçularının 14 bazasını məhv edib.
“Türkiyə PKK ilə mübarizədə qətiyyətlidir. Hədəfimiz terror bataqlığının ən böyüyünü qurutmaqdır. Kandil ölkəmiz və millətimiz üçün artıq bir təhdid, terror mənbəyi olmaqdan çıxarılacaq”.
Bundan əvvəl İraqın şimalında PKK terrorçularına qarşı əməliyyat çərçivəsində türk həbrbçilərin İraq ərazisində 73 km irəlilədiyi bildirilirdi.