PKK terror təşkilatında yeniyetmə qızlara təcavüz edilir – FOTOLAR

Terror təşkilatı PKK-nın keçmiş qadın üzvü təşkilatda baş verən zorakılığa dözməyərək qaçıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Hakkari vilayətindən olan F.Ş. adlı qadın 3 il əvvəl PKK rəhbərlərindən Duran Kalkan tərəfindən aldadılaraq dağa qaçırılıb. “Abbas” kod adlı terrorçu Duran Kalkan ona təcavüz edib. Qadın daha sonra terror təşkilatının sıralarında 3 il qalaraq “Abbas”ın yeniyetmə qızlara qarşı cinsi zorakılığına dəfələrlə şahid olub.

Qeyd edək ki, polisə təslim olan qadın terrorçunun 3 dəqiqəlik videosunu da məhkəməyə təqdim edib.

COP29