PKK terror təşkilatındakı parçalanma getdikcə dərinləşir

Terrorçu təşkilatın sıralarında döyüşənlər hər vasitə ilə oradan qaçnmağa can atır.

Yenicag.az xəbər verir ki, bu proses Türkiyə Silahlı Qüvvələrinin (TSK) həyata keçirdiyi uğrulu anti-terror əməliyyatlarından sonra daha da sürətlənib. Son günlərdə canlarını bu terrorçu təşkilatdan qurtaranlar könlüllü şəkildə Türk ordusuna təslim olmaqdadır.

Türkiyə Milli Müdafiə Nazirliyi də məslə ilə yaydığı məlumatda son günlərdə PKK terrorçu təşkilatının parçalanması daha da sürətlənib:

“Son olaraq İraqın şimalındakı düşərgələrdən qaçan 4 PKK terrorşusu Türkiyənin Şırnak vilayətinin Silopi qəsəbəsində, Suriyanın şimalındakı terror qruplarından qaçan bir PKK/YPG terrorçusu isə Nusaybin qəsəbəsindəki sərhəd məntəqəsinə təslim olub”.
TSK qətiyyətli anti terror əməliyyatı nəticəsində PKK/YPG terrorçulaırnın təslim olması davam edir.