Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk bölgəsində əməliyyat keçirib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən əməliyyatla “Səma Cuya Çevlik” kod adlı PKK/KCK terrorçusu Zilan Azakı zərərsizləşdirib.
Məlumata görə, MİT 2015-ci ildə universitet təhsilini yarımçıq qoyaraq terror təşkilatı PKK/KCK-ya qoşulduğu bildirilən Azakın kəşfiyyat toplama, kəşfiyyat, müşahidə və pilotsuz təyyarələrlə hücum fəaliyyətləri ilə məşğul olduğunu müəyyən edilib.