PKK terroru – Türkiyə iki şəhid verdi – VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində Engizek dağları ərazisində Türkiyə Silahlı Qüvvələri ilə PKK terrorçuları arasında qarşıdurma yaşanıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, atışma nəticəsində 1 hərbçisi və 1 təhlükəsizlik qoruyucusu şəhid olub, yaralılar var.

Yaralanan hərbçilər xəstəxanalara çatdırılıb. Ərazidə atışmalar davam edir.

Terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.