Dünən Türkiyənin Hakkari şəhərindəki Yüksəkova rayonunun Dağlıca bölgəsində terrorçuların öncədən yolda basdırdığı minanın partlaması nəticəsində 15 türk əsgəri şəhid olub.
Yenicag.az xəbər verir ki, olayda sonra Cilo dağından əraziyə gətirilən xüsusi ordu qüvvələri 250 terrorçunu mühasirəyə alıb. Çətin hava şəraitinə baxmayaraq, hərbi təyyarələr də əməliyyatlara dəstək verdiyi məlum olub.. Bildirilir ki, F4 və F14 tipli hərbi təyyarələr 10-na yaxın hədəfi məhv edib. Qeyd edək ki, ordunun ardıcıl cavab zərbələrindən sonra PKK terrorçuları geri çəkilməyə başlayıb.