PKK Türkiyədə iki partlayış törətdi – ölən və yaralılar var – YENİLƏNİB

Türkiyənin Diyarbəkir şəhərində partlayış nəticəsində həlak olan polislərin sayı 4-ə çatıb, daha iki polis əməkdaşı yaralıdır.

Yenicag.az türk mediyasına istinadən məlumat verir ki, yaralıların vəziyyəti ağırdır.

***

Şırnakda və Diyarbəkirdə partlayış baş verib.

AzNews.az Hurriyet-ə istinadən xəbər verir ki, Şırnakda PKK terrorçuları tərəfindən əllə düzəldilən partlayıcı qurğu şəhərin su şəbəkəsi təmir edilərkən partladılıb. Nəticədə 5 nəfər yaralanıb. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.

Diyarbəkirin Sur mahalında da partlayış baş verib. Dəclə Universitetinin binası yaxınlığında PKK terrorçularının yerləşdirdiyi qurğu partlayıb. 1 polis şəhid olub, 3 polis yaralanıb.

Yenicag.az