PKK terrorçuları Türkiyənin Ağrı bölgəsindəki kəndlərə hücum edib.
Gecə saatlarında terrorçuların kəndlərə silahlı hücumları nəticəsində 8 nəfər həlak olub və 6 nəfər yaralanıb.
Ölənlərdən biri 1-i hərbiçi, 7-si isə kənd gözətçisi olub.
Rəsmi qurumların yaydığı məlumata görə, hücum zamanı yaralanan 4 hərbçi və 2 mülki vətəndaş xəstəxanaya yerləşdirilib.
Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib və əməliyyat davam etdirilir.