PKK terrorçuları Türkiyənin Hatay vilayətinə iki raket atıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, raketlər AFAD-ın (Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi) çadırına düşüb. Hadisə nəticəsində 1 nəfər həyatını itirib, Azad Suriya Ordusunun 3 əsgəri isə yaralanıb. Onlar təcili xəstəxanaya çatdırılıblar.
Hazırda hadisə yerində araşdırma aparılır.