İraq parlamentinin 1-ci dönəm millət vəkili, İraq türkmənlərinin əsas simalarından sayılan Fevzi Əkrəm Dərzi Türk dünyasına çağırış edib.
Yenicag.az xəbər verir ki, Tuzhurmatu şəhərində PKK-nın türkmənlərə qarşı törətdiyi cinayətlərə diqqət çəkən Fevzi Əkrəm “PKK türkmən qətliamı həyata keçirir. Buna qarşı Türkiyə başda olmaqla, Türk dünyasını PKK ilə mübarizəyə çağırıram” deyib.
“Bir an öncə PKK-ya qarşı mübarizəyə başlanılmalıdır” deyən millət vəkili Suriyada olduğu kimi İraqda da türkmənlərin zülmə məruz qaldıqlarını bildirib.
Qeyd edək ki, Fevzi Əkrəm Dərzi Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvüdür.
Yenicag.az