!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK-ya aid qondarma şəhidlər xiyabanı şumlandı

!Reklam – Yazi

25195Türkiyənin Ağrı vilayətində eyni adlı dağda dünən səhər tezdən PKK-ya qarşı havadan və qurudan başlayan əməliyyatlar nəticəsində terrorçuların ölülərini basdırdığı qondarma “şəhidlər xiyabanı” məhv edilib. Yenicag.az-ın “DHA”ya istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 05.00-də (Bakı vaxtıyla 07.00) başlayan əməliyyat zamanı tərəflər arasında atışma olub.

Günortadan sonra saat 16.00-da Ağrı dağının ətəyindəki Ele adlı kiçik yaşayış massivinin yaxınlığında başlayan əməliyyat zamanı kobra helikopterləri bölgəni bombardıman edib və intensiv atəşə tutub.

Kobraların bombardıman etdiyi yerlər arasında Ağrı dağının ətəyindəki Güngörən kəndinin yaxınlığında yerləşən qondarma PKK şəhidliyi də olub. Ele sakinləri PKK-ya qarşı keçirilən əməliyyata mane olmağa çalışsalar da hadisə yerində olan polis qüvvələri əməliyyatın keçirildiyi əraziyə heç kimi buraxmayıb.

Xəbər mənbəyi həmçinin bildirir ki, təkcə dünən Şimali İraqda keçirilən əməliyyatlarda 60 terrorçu məhv edilib.

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv