Türkiyənin ən qaynar nöqtəsində- Hakkari şəhərinin Şəmdinli rayonunun Dərəcik bölgəsində yerləşən Gerdi əşirətinin liderləri PKK və HDP-yə qarşı birləşmə qərarı aldılar.
Əşirət liderləri “Bölgəmizdə PKK və HDP-yə qarşı dövlətimizin yanında mübarizə aparacağı” deyə, açıqlayıblar.
Qeyd edək ki, Gerdi əşirəti ən qədim və güclü kürd əşirətlərindəndir. İngiliz tarixçisi Sir Mark Sykesin yazdığına görə, əşirət İran torpaqlarında qurulmuş ən qədim kürd xənadanlarından Babanların bir qoludur.
Xatırladaq ki, PKK terroru başladığı zaman kürd əşirətləri onlara qarşı olduğundan ciddi nəticə əldə edə bilmirdi. HDP-nin son seçimdə qalib gəlməsində bölgədəki əşirətlərlə dil tapması mühim rol oynadı. Göründüyü kimi, əşirətlər PKK-ya qarşı birləşərsə, bu terror təşkilatının bitirilməsində həlledici rol oynayar.