PKK-ya qarşı ƏMƏLİYYAT: 9 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-şərqində PKK terror təşkilatının Suriya qolu YPG-nin 9 üzvünü zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

“Türkiyə xüsusi təyinatlıları terrorçuların koordinatlarını müəyyənləşdirib və terrorçular artilleriya zərbəsi ilə məhv edilib”, – deyə bildirilib.