PKK-ya yemək aparan maşından HDP-nin deputatı çıxdı

HDP-li_deputatQarsda terror təşkilatı PKK yaraqlılarına qida və digər məhsul aparıldığı xəbərini alan təhlükəsizlik gücləri 3 avtomobili dayandırıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, maşınlarda olan Xalqların Demokratik Partiyasının (HDP) Qarsdan seçilən millət vəkili Şafak Özanli və yanındakı 8 adam nəzarətə alınıb.

Əldə edilən məlumata görə, şübhəli şəxslərin bir marketdən təmin etdikləri qida və ehtiyac vəsaitini Kağızman-Digor çölündə olan bölücü terror təşkilatı PKK üzvlərinə aparacaqları xəbərini alan Digor mahalı təhlükəsizlik komandirliyi avtomobilləri mahal çıxışında dayandırıb.

Şafaq Özanlı şəxsiyyət təsbiti edilməsinin ardından sərbəst buraxılarkən, digər 8 adam isə Digor Sülh Cəza Hakimliyinə aparılıb. Şübhəlilər həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılıblar(modern).