PKK yolları bağladı

img1756343PKK-nın gənclik qolu Türkiyənin Cizrə rayonunda təkər yandıraraq yol kəsib.

Yenicag.az müsavat-a istinadən bildirir ki, avtombilləri saxlayaraq sənəd tələb edən PKK-çı gənclərə polis müdaxilə edib. Hadisə yerinə gələn polis yol kəsən PKK-çıları su şırnağı ilə dağıtmağa çalışıb. PKK-çılar isə polislərə səs bombası, “molotov” kokteyli atıb. “Molotov” kokteyli polis maşınına dəyib və maşın alovlanmağa başlayıb. Yanğın su şırnağı ilə söndürülüb.

Bir müddət davam edən gərginlikdən sonra PKK-çı qrup ara küçələrə qaçıb.