Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi PKK/YPG terror təşkilatının Suriyanın şimalında bomba yüklü avtomobillərlə həyata keçirdiyi terror aktları ilə bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, paylaşımda 2020-ci ilin 1 yanvar tarixindən 31 marta qədər Suriyanın şimalında PKK/YPG tərəfindən bomba yüklü avtomobillərlə ümumilikdə 16 terror aktının həyata keçirildiyi qeyd edilib.
“Terror aktları nəticəsində 17 mülki şəxs həyatını itirib, 9 türk əsgəri və yerli təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı şəhid olub, 87 mülki şəxs, 1 türk əsgəri və yerli təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı yaralanıb.
Afrin bölgəsində bomba yüklü avtomobillərlə həyata keçirilən 6 terror aktı nəticəsində 6 mülki şəxs həyatını itirib, 16 mülki şəxs yaralanıb.
Azez bölgəsində bomba yüklü avtomobillərlə həyata keçirilən 2 terror aktı nəticəsində 3 mülki şəxs həyatını itirib, 55 mülki şəxs yaralanıb.
Çobanbəy bölgəsində bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 1 mülki şəxs həlak olub, 1 mülki şəxs yaralanıb.
Tel Abyadda bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 5 mülki şəxs ölüb və 4 mülki şəxs yaralanıb.
Rəsulaynda bomba yüklü avtomobillərlə həyata keçirilən 2 terror aktı nəticəsində 5 Türk əsgəri və yerli təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı şəhid olub, yerli təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı və 7 mülki şəxs yaralanıb.
Türkmənlərin kompakt yaşadığı Hammam qəsəbəsində bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 1 türk əsgəri şəhid olub, 1 türk əsgəri yaralanıb.
Suluk bölgəsində bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 3 türk əsgəri şəhid olub, 2 mülki şəxs ölüb və 4 mülki şəxs yaralanıb”, – məlumatda bildirilir.