Planetimiz üçün pis xəbər: Vaxt daralır

İqlim dəyişikliyi deyilən vaxtdan daha tez başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qərbi Avstraliya Universitetinin dəniz geokimyaçısı Malkolm MakKulloç və ABŞ-ın İndiana Dövlət Universitetindən okeanoqrafı Amos Vinter danışıblar.

Tədqiqatçılar iqlim dəyişikliyinin düşünüldüyündən daha tez başladığını aşkar ediblər. Onlar xəbərdar ediblər ki, qlobal istiləşməyə həll yolu tapmaq üçün vaxt daralır.

Avstraliya və ABŞ tədqiqatçıları Qəraib dənizində tapılan dəniz süngərlərini tədqiq edərək, son 300 ildə okean və havanın temperaturunda dəyişiklikləri müəyyən ediblər.

Alimlər qlobal istiləşmə temperaturun 2020-ci ildən etibarən 1,7 dərəcəyə çatdığını bildirirlər./yenisabah